Bank Of Baku

G7 ölkələri Rusiyanın almaz ixracına sanksiya tətbiq edilməsini müzakirə edir

G7 ölkələri Rusiyanın almaz ixracına sanksiya tətbiq edilməsini müzakirə edir
# 18 may 2023 14:17 (UTC +04:00)

G7 ölkələrinin Yaponiyada keçirilən sammitində Rusiyanın milyard dollarlıq almaz ixracına sanksiya tətbiq edilməsi müzakirə ediləcək.

APA xəbər verir ki, bu barədə AFP-yə adı açıqlanmayan Aİ rəsmisi bildirib: "Biz inanırıq ki, biz Rusiya ticarətinin bu sektordakı ixracını məhdudlaşdırmalıyıq",- rəsmi deyib.

O əlavə edib ki, G7 ölkələrinin iqtisadi baxımdan həssas olan bu məsələ ilə bağlı Yaponiyada keçirilən sammit çərçivəsində yekun razılaşma əldə etməsi ehtimalı yoxdur. Qeyd edək ki, Rusiyanın 2021-ci ildə 5 milyard dollar dəyərində almaz ixrac etdiyi bildirilir. BƏƏ, Hindistan və Belçika Rusiyanın əsas almaz idxalçılarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR