Gürcüstana Avropa İttifaqı (Aİ) namizədi statusunun verilməməsində Soros Fondu birbaşa iştirak edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, Soros Fondu namizəd statusu ilə bağlı lap əvvəldən Gürcüstana qarşı kampaniya aparıb. O əlavə edib ki, Avropa Komissiyası və Avropa Şurasının qərarından əvvəl Soros Fondu Gürcüstanın namizəd statusuna layiq olmaması ilə bağlı nəticələrini paylaşıb.
Kobaxidze Gürcüstan müxalifətinin Soros Fondu ilə birbaşa əlaqələrinin olduğunu qeyd edib.