“Gürcü Arzusu” partiyası Avropa Parlamentinin qətnaməsini Gürcüstanın daxili işlərinə kobud müdaxilə adlandırıb

“Gürcü Arzusu”  partiyası Avropa Parlamentinin qətnaməsini Gürcüstanın daxili işlərinə kobud müdaxilə adlandırıb
# 09 oktyabr 2024 15:34 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Avropa Parlamentinin qəbul etdiyi qətnaməni Gürcüstanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, partiyanın sədri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında qətnamənin Gürcüstandakı “radikal və müflis müxalifət”in havadarları olan lobbiçilər tərəfindən hazırlandığını, Gürcüstan dövlətçiliyi əleyhinə olduğunu qeyd edib. O, Avropa Parlamentinin iki il əvvəl də oxşar qətnamə qəbul etdiyini xatırladıb.

“Xoşbəxtlikdən və ya bədbəxtlikdən, bu, ilk və ya son qətnamə deyil. Biz belə çox ədalətsiz qətnamələr görmüşük. Xatırlayırsınız, iki il öncə ölkəmizə namizəd statusu verilməsindən imtina edildi. İvanişviliyə sanksiyaların tətbiq edilməsi, Saakaşvilinin azadlığa buraxılması, Kezeraşvilinin media meneceri kimi qeyd edildiyi bənzər mətn eyni mesajlarla qəbul edilmişdi. İndi isə biz görürük ki, bizim radikal və müflis müxalifətin qəyyumu olan lobbiçilər onların yardımı ilə Gürcüstan əleyhinə belə bir qətnamə hazırlayıblar. Bu bizim ölkəmizin daxili işlərinə daha bir utanmaz müdaxilənin nümayişidir”, - deyə Qaribaşvili deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR