Bank Of Baku

Gürcü spiker: Avropa vəsaitləri Gürcüstanda faşizm ideologiyasının təbliğinə sərf olunur

Gürcüstan parlametinin sədri Şalva Papuaşvili

© APA | Gürcüstan parlametinin sədri Şalva Papuaşvili

# 21 sentyabr 2026 12:06 (UTC +04:00)

“Avropa İttifaqı Gürcüstanda radikalizmi maliyyələşdirməkdə davam edir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlametinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Spiker bildirib ki, Avropa vəsaitləri Gürcüstanda faşizm ideologiyasını təbliğ edən şəxslər və yaxud qrupların maliyyələşdirilməsi üçün sərf olunur.

“Biz bu faktı qəbul etməliyik. Brüsselin bu məsələyə reaksiya verəcəyinə ümid bəsləmirəm. Belə ki, Brüssel gürcü xalqının mövqeyinə laqeyd yanaşır. Onların Gürcüstanda qeyri-sabit vəziyyət yaratmaq kimi aydın bir gündəliyi var”, - deyə Papuaşvili əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Siyasi Araşdırmalar üzrə Tbilisi Məktəbi Avropa Şurasının dəstəyi ilə seminar təşkil edib. Gürcüstanın Dövlət Auditi Xidməti tədbir üçün qrantın razılıq olmadan mümkün əldə edilməsi faktı üzrə yoxlamalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR