Bank Of Baku

İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb

İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
# 21 sentyabr 2026 11:31 (UTC +04:00)

ABŞ-ın sanksiya tətbiq etdiyi İran aviaşirkətləri bu gündən etibarən Gürcüstana uçuşları dayandırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Gürcüstan xidməti məlumat yayıb.

Aviadaşıyıcılar Gürcüstana sonuncu reyslərini sentyabrın 20-də yerinə yetiriblər, sentyabrın 21-dən etibarən isə onların Gürcüstanın aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın 27 aviaşirkətini sanksiyalar siyahısına daxil edib. Onların arasında İranla Gürcüstan arasında reyslər həyata keçirən aviadaşıyıcılar da var. ABŞ-ın bu qərarından sonra Gürcüstanın Mülki Aviasiya Agentliyi sanksiya rejiminə tam əməl ediləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR