Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) ABŞ-ın sanksiya tətbiq etdiyi sabiq Baş prokuror Otar Partsxaladzenin işinin araşdırılmasına başlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib. Qeyd olunub ki, yüksək ictimai maraq nəzərə alınaraq DTX ABŞ Dövlət Departamentinin Otar Partsxaladze ilə bağlı bəyanatındakı məsələlərin araşdırılmasına başlayıb.
Qeyd edək ki, Dövlət Departamentinin bəyanatında sabiq Baş prokurorun Rusiyanın Federal Təhlükəsizlik Bürosu ilə əməkdaşlıq etdiyi və Gürcüstan siyasətinə və ictimaiyyətinə Moskvanın xeyrinə təsir etməyə çalışdığı qeyd olunub.