Paşha Bank
Bank Of Baku

Gürcüstan Aİ-nin toplantılarında iştirakdan imtina edib

Gürcüstan Aİ-nin toplantılarında iştirakdan imtina edib
# 16 noyabr 2026 09:44 (UTC +04:00)

Gürcüstan Avropa İttifaqının bu gün Brüsseldə keçiriləcək toplantılarında iştirak etməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, Gürcüstan tərəfi Aİ-nin genişlənməsinə dair forumda və “Regionlararası təhlükəsizlik və əlaqəlilik” mövzusunda toplantıda iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb və bu səbəbdən Gürcüstandan heç bir nümayəndə tədbirlərə qatılmayacaq.

“Bununla belə, Gürcüstan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qalır və müvafiq səviyyədə dəvət olunacağı təqdirdə görüşlərdə iştiraka hazırdır. Bu mövqe Brüsselə çatdırılıb”, - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, “Daha geniş Avropa – daha güclü Avropa” adlı genişlənmə forumunda Aİ-yə üzv və tərəfdaş ölkələrin siyasi liderləri iştirak edəcəklər. “Regionlararası təhlükəsizlik və əlaqəlilik” mövzusunda yüksək səviyyəli toplantıya isə Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri, Moldova, Türkiyə və Ukraynanı təmsil edən nazirlər qatılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR