Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniyaya yola düşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Gürcüstanın hökumət başçısı 59-cu Münhen Təhlükəsizlik Konfransının açılış sessiyasında iştirak edəcək. Baş nazirin tematik panel müzakirəsində iştirakının da planlaşdırıldığı qeyd edilib.
İrakli Qaribaşvili konfrans çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər də keçirəcək.
Qeyd olunub ki, Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İliya Darçiaşvili, müdafiə naziri Cuanşer Burçuladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.