Bank Of Baku

Gürcüstan əhalisinin sayı açıqlanıb

Gürcüstan əhalisinin sayı açıqlanıb
# 27 aprel 2023 14:54 (UTC +04:00)

2023-cü il 1 yanvar tarixində Gürcüstan əhalisinin sayı 3 736 400 nəfər təşkil edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd edilib. Bildirilib ki, bu il əhalinin sayı illik müqayisədə 1,3% artıb.

Statistikaya əsasən bu ilin 1 yanvarında Gürcüstan əhalisinin 60,4%-i şəhərlərdə, ümumi əhalinin üçdə biri isə paytaxt Tbilisidə yaşayır.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionunda yaşayan əhalinin sayının isə 442,8 min nəfər olduğu qeyd edilib. Bildirilib ki, bunun 197,5 min nəfəri şəhərlərdə, 245 min nəfəri isə kəndlərdə məskunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR