Gürcüstan-Ermənistan sərhədində daha bir zəlzələ qeydə alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 11:37-də baş vermiş zəlzələ 3,3 bal gücündə olub.
Yeraltı təkanların episentrinin bu dəfə də Dmanisi rayonunun yaxınlığında yerləşən Sameba kəndinin ərazisində qeydə alındığı bildirilib.
Xatırladaq ki, bir neçə gün öncə episentri Sameba kəndin yaxınlığında qeydə alınan 6,2 bal gücündəki zəlzələ Azərbaycanın bir sıra qərb rayonlarında, eləcə də Ermənistanda hiss edilib.
Hadisə nəticəsində bir məktəb və 20 yaşayış evinə ziyan dəyib.