Gürcüstan-Ermənistan sərhədində 3,9 bal gücündə daha bir zəlzələ baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 18:13-də qeydə alınmış zəlzələnin episentri Dmanisi yaxınlığındakı Sameba kəndidir.
Qeyd edək ki, Gürcüstanda ötən gün 6,2 bal gücündəki zəlzələnin episentrinin də Sameba kəndində qeydə alındığı açıqlanıb.