Bank Of Baku

Gürcüstan İnterpolun axtarışında olan şəxsi İtaliyaya ekstradisiya edib

Gürcüstan İnterpolun axtarışında olan şəxsi İtaliyaya ekstradisiya edib
# 10 noyabr 2023 11:42 (UTC +04:00)

Gürcüstan İnterpolun qırmızı kateqoriyasında axtarışda olan şəxsi İtaliyaya ekstradisiya edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Baş prokurorluğu yayıb.

Bildirilib ki, sözügedən şəxs 2015-ci ildən bəri İtaliyanın ən böyük mafiya qruplaşması olan “Ndrangeta” üçün çirkli pulların yuyulmasında, kiber cinayətkarlıqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və digər cinayət əməllərində iştirak edib. Onun Tbilisidə Daxili İşlər Nazirliyinin Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Qeyd olunub ki, Tbilisi Şəhər Məhkəməsi cari ilin 16 oktyabrında onun İtaliyaya ekstradisiyasına qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR