Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı” haqqında qanunun icrasının yekun qərar qəbul edilənədək dayandırılması barədə vəsatəti rədd edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Konstitusiya Məhkəməsi eyni zamanda iddiaların nəzərdən keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Gürcüstan Prezidenti və bir sıra insan haqları təşkilatları, eləcə də parlament deputatları Gürcüstan parlamentinə qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıblar.
İddiaçılar hesab edirlər ki, qanunun qəbulu Gürcüstan Konstitusiyasının əsas prinsiplərinə ziddir və Gürcüstanın Avropa İttifaqına daxil olmasına mane olur, bununla da Gürcüstan Konstitusiyasının 78-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi pozur.