Bank Of Baku

Gürcüstan müxalifəti "Xarici təsir" qanununun ləğvi üçün məhkəməyə müraciət edib

Gürcüstan müxalifəti "Xarici təsir" qanununun ləğvi üçün məhkəməyə müraciət edib
# 29 iyul 2024 12:51 (UTC +04:00)

Gürcüstan Parlamentində müxalifəti təmsil edən 38 deputat Xarici təsir haqqında qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

APA-nın “Sputnik-Грузия”ya istinadən xəbərinə görə, sənəddə qeyd olunub ki, qanunun ləğv edilməməsi ölkəyə qarşısıalınmaz ziyan vura bilər. Müraciətdə Konstitusiyanın 78-ci maddəsi ilə ziddiyyət təşkil edən bu qanunun ölkədə keçiriləcək parlament seçkisinədək ləğv olunması tələb edilir.


Qeyd olunur ki, sənəd Gürcüstanın Avro-Atlantik inteqrasiyasına ciddi əngəl yaratdığı üçün onun qüvvəsi dərhal dayandırılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR