Bank Of Baku

Gürcüstan patriarxlığı “Moskvalı Matrona” ikonasında Stalinin təsvir edilməsinə münasibət bildirib

Gürcüstan patriarxlığı “Moskvalı Matrona” ikonasında Stalinin təsvir edilməsinə münasibət bildirib
# 11 yanvar 2024 15:20 (UTC +04:00)

Gürcüstan patriarxlığı “Moskvalı Matrona” ikonasında Stalinin təsvir edilməsinə münasibət bildirib

Gürcüstan patriarxlığı ölkənin əsas kilsəsi olan Müqəddəs Üçlük Katedralına (Sameba kilsəsi) hədiyə edilmiş “Müqəddəs Matrona” (Moskvalı Matrona) ikonasında İosif Stalinin də yer almasına münasibət bildirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, patriarxlığın bəyanatında ikonanı bağışlayan tərəfə Stalinlə bağlı epizodun yer aldığı hissəyə müvafiq dəyişiklik etməsi üçün müraciəti edilib, əks təqdirdə patriarxlığın bunu edəcəyini qeyd olunub.

Buna səbəb kimi ikonanın mübahisələrə səbəb olması və məsələnin siyasi çalar qazanması, həmçinin ikonaya qarşı “tamamilə əsassız təhqiredici hərəkətlər”ə yol verilməsi göstərilib.

Qeyd edək ki, mübahisəli ikonanı Sameba kilsəsinə Gürcüstanın rusiyayönümlü “Vətənpərvərlər Alyansı” partiyasının üzvləri bağışlayıb. İkonada Stalinin də təsvir edilməsi etirazlara səbəb olub. Yanvarın 9-da ictimai fəallardan biri ikonaya göy boya atıb. Ötən gün radikal mühafizəkar qrup üzvləri aktivistin evinin qarşısına toplanıblar. Aksiya zamanı əraziyə çox sayda polis cəlb edilib, tərəflər arasında fiziki qarşıdurma baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR