İsraildə səfərdə olan Gürcüstanın xarici işlər nazir İliya Darçiaşvili israilli həmkarı Eli Kohen ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, tərəflər ölkələr arasında əlaqələrin inkişafına dair müzakirə aparıblar. Həmçinin, regionda və dünyada təhlükəsizlik mühitinə toxunulub.
İliya Darçiaşvili israilli həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyə görə təşəkkür edib.