Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün Yunanıstana səfərə gedəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Bildirilib ki, XİN başçısı fevralın 16-dək davam edəcək səfəri çərçivəsində Yunanıstan Prezidenti Katerina Sakellaropulu və həmkarı Nikos Dendias ilə görüşəcək.
Tərəflərin birgə mətbuat konfransı keçirəcəyi qeyd olunub.