Bank Of Baku

Gürcüstan XİN başçısı: Cənubi Qafqazın qlobal baxımdan əhəmiyyəti artır

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili

© APA | Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili

# 22 sentyabr 2026 11:43 (UTC +04:00)

“Cənubi Qafqazın əhəmiyyəti həm regional, həm də qlobal baxımdan artır və bu da Gürcüstan qarşısında yeni imkanlar açır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Baş Assambleyası çərçivəsində keçirilən “Concordia” sammitində çıxışında deyib.

O bildirib ki, bölgədə baş verənlər ABŞ üçün də əhəmiyyətlidir.

“ABŞ-ın siyasi addımları Gürcüstanln hər zaman etibarlı tərəfdaş olduğunu aydın nümayiş etdirir. Bizim ABŞ ilə çox sıx tərəfdaşlığımız var və biz bununla fəxr edirik”, - deyə nazir əlavə edib.

XİN başçısının sözlərinə görə, Gürcüstan regional sülhün təşviqində və münaqişələrin sülh yolu ilə həllində daim mühüm rol oynayıb.

“Hazırkı geosiyasi şəraitdə Gürcüstan mühüm geosiyasi rol oynamağa başlayır və bu da öz növbəsində müxtəlif tərəfdaşlıqların inkişaf etdirilməsini zəruri edir. Lakin bu, bizim Avropa İttifaqına üzv olmaq arzumuzdan imtina etdiyimiz anlamına gəlmir. Regionumuz üçün çətin bir dövr olsa da, biz Gürcüstan daxilində təhlükəsizliyi və sabitliyi qoruyub saxlamağa nail olduğumuz üçün fəxr edirik”, - deyə Maka Boçorişvili qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR