Paşha Bank
Bank Of Baku

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
# 12 oktyabr 2026 12:58 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5% artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 50,2 faiz artaraq 372,8 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 17,2 faiz artaraq 78,8 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 47,8 faiz artaraq 267,5 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin yanvar-sentyabr aylarında ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ötən ilin müvafiq dövrünə nəzərən 2,4 dəfə (136,8%), alüminium və ondan hazırlanan məmulatlar 41%, qara metallardan hazırlanan məmulatlar 32,2%, bitki və heyvan mənşəli piylər və yağlar 31,6%, mis və ondan hazırlanan məmulatlar 21,7%, pambıq 16,6%, qəhvə və çay 13%, meyvə 12,5%, tərəvəz 9,4%, qara metallar isə 8,5% artıb.

9 ayda aqrar məhsullar üzrə ixrac 16,5% artaraq 776,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 28,6% artaraq 299,7 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,6% artaraq 1,08 milyard ABŞ dollarına bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR