Bank Of Baku

Gürcüstan XİN Belarus prezidentinin Abxaziya separatçıları ilə görüşünü pisləyib

Gürcüstan XİN Belarus prezidentinin Abxaziya separatçıları ilə görüşünü pisləyib
# 21 fevral 2023 20:11 (UTC +04:00)

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Belarus Prezidenti Aleksandr Lukaşenkonun separatçı Abxaziya rejiminin nümayəndələri ilə görüşünü pisləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilib. Qeyd olunub ki, Belarusun bu addımı Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərini kobud surətdə pozur. Bəyanatda qeyd olunub ki, bu görüş separatçı rejimin legitimləşdirilməsi cəhdidir.

“Biz Belarusu Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməyə, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidd olan fəaliyyətlərinə son verməyə çağırırıq”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Gürcüstanın işğal altındakı Abxaziya regionunun separatçı lideri Aslan Bjaniya Moskvaya “səfərindən” sonra Belarusa gedib və Aleksandr Lukaşenko ilə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR