Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 14 405 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 526 205, ölənlərin sayı isə 15 771 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 348 581 nəfərin sağaldığı bildirilib.