Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 237 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 652 472, ölənlərin sayı isə 16 783 nəfərə çatıb. Virusa yoluxanlardan 1 632 842 nəfərin sağaldığı bildirilib.