Gürcüstanda klinikadan qaçan məhbusların hər üçü həbs edilib
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze “Facebook” paylaşımında bildirib. O, Daxili İşlər Nazirliyi ilə birgə aparılan axtarış əməliyyatının uğurla tamamlandığını qeyd edib. Əlavə edib ki, cinayətə yol verənlərin hər biri cəzalandırılacaq.
Qeyd edək ki, yerli KİV həbsdən qaçanların azyaşlı məhbuslar olması barədə məlumat yayıb.
***
12:40
Gürcüstanda klinikadan qaçan üç məhbusdan biri artıq həbs edilib.
APA xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatında bildirilib. Daha iki məhbusun axtarışlarının davam etdirildiyi qeyd olunub.
Yerli KİV məhbusların qaçmasına görə penitensiar xidmətin klinikada məhbuslara nəzarət etməli olan qrupunun rəhbəri İveri Natriaşvilinin həbs edilməsi və ona qarşı ittiham irəli sürülməsi barəsində məlumat yayıb.
Məlumata görə, xəstəxanadan qaçan məhbusların hər üçü azyaşlıdır.
Xatırladaq ki, hadisə dünən günorta saatlarında baş verib. Müayinə üçün Tbilisidəki klinikalardan birinə gətirilən üç məhbus gözətçilərin diqqətindən yayınaraq qaçmağı bacarıblar.