Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 733 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 337 573, ölənlərin sayı isə 4 622 nəfərə çatıb.
Virusa yoluxanlardan 318 599 nəfərin sağaldığı bildirilir.