Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 028 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 458 093, ölənlərin sayı isə 15 577 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 270 759 nəfərin sağaldığı bildirilib.