Bank Of Baku

Gürcüstanda ölən zabitin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Gürcüstanda ölən zabitin şəxsiyyəti məlum olub - YENİLƏNİB
# 10 fevral 2022 18:48 (UTC +04:00)

Gürcüstanın Qori rayonunun Ortaşeni kəndində ölü tapılmış şəxsin Gürcüstan Müdafiə Nazirliyinin 45 yaşlı hərbi qulluqçusu Şalva Tabatadze olduğu açıqlanıb.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, hadisənin qətl və ya qəza nəticəsində baş verməsinin müəyyənləşdirilməsi məqsədi ilə meyit məhkəmə-tibbi ekspertizaya təhvil verilib.

2008-ci il Avqust müharibəsi veteranı olan Şalva Tabatadzenin müxtəlif hərbi missiyaların iştirakçısı olduğu bildirilir.

Gürcüstan Müdafiə Nazirliyi faktla bağlı rəsmi açıqlama verməyib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

***

17:02

Gürcüstanın Qori rayonunun mərkəzi avtomobil yolunun yaxınlığında kişi meyiti aşkarlanıb.

APA-nın Gürcüstan bürosu “Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, dünyasını dəyişən şəxsin kimliyinin müəyyən edildiyi və Gürcüstan Müdafiə Nazirliyinin zabiti olduğu bildirilib.

Hadisə yerinə Müdafiə Nazirliyinin əməkdaşları səfərbər olunub. Hərbçinin hansı şəraitdə ölməsi hələ ki məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR