Bank Of Baku

Gürcüstanda şəhər meri yol qəzasında ölüb - VİDEO

Gürcüstanda şəhər meri yol qəzasında ölüb - VİDEO
# 09 oktyabr 2022 11:37 (UTC +04:00)

Gürcüstanda şəhər meri yol qəzasında ölüb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, motosikletlə yük maşınının toqquşmasından sonra Tercola bələdiyyəsinin sədri Laşa Qoqiaşvili Kutaisi xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq, 42 yaşlı bələdiyyə sədrinin həyatını xilas etmək mümkün olmayıb.

Gürcü Arzusu Partiyasının namizədi olmuş Laşa Qoqiaşvili 2021-ci ildə ikinci dəfə Tercola bələdiyyəsinin sədri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR