Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
# 17 may 2024 18:15 (UTC +04:00)

Gürcüstanda 15 aprel–17 may tarixlərində “xarici təsir” qanunu əleyhinə keçirilən aksiyalarda azı 180 nəfər saxlanılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ombudsman Aparatının nümayəndələri bu müddət ərzində həbs edilmiş 180 nəfərə baş çəkiblər və onlardan 93-də polis zorakılığının əlamətləri olub.

Ümumilikdə isə qurumun "Qaynar xətti"nə 382 zəng daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR