Bank Of Baku

Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya

© APA | Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya

# 25 dekabr 2025 21:16 (UTC +04:00)

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, Axalayanın saxlanılması Tbilisidəki 4 oktyabr hadisələri ilə bağlıdır.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərindən sonra keçirilən aksiya prezident sarayı qarşısında iğtişaşlarla davam etdirilib. Etirazçılar prezident iqamətgahına basqına cəhd ediblər.

Xatırladaq ki, Baço Axalaya Gürcüstanın müdafiə naziri vəzifəsini 2009-2012-ci illərdə tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR