Bank Of Baku

Gürcüstanın xarici işlər naziri ikinci dəfə koronavirusa yoluxub

Gürcüstanın xarici işlər naziri ikinci dəfə koronavirusa yoluxub
# 03 fevral 2022 13:23 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri David Zalkaliani ikinci dəfə koronavirusa yoluxub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilib ki, nazirin koronavirusa yoluxması səbəbi ilə Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Trasla nəzərdə tutulan telefon danışığı təxirə salınıb və tərəflər arasında söhbət XİN başçısı D. Zalkalianinin sağalmasından sonra baş tutacaq.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin də koronavirusun Omicron ştamına yoluxması təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR