Bank Of Baku

Gürcüstanın XİN başçısı Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Gürcüstanın XİN başçısı Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
# 15 fevral 2022 17:53 (UTC +04:00)

Gürcüstan Xarici İşlər Naziri David Zalkaliani Tbilisidə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klar ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı diqqət regiondakı təhlükəsizlik mühitinə yönəldilib.

Tərəflərin, eyni zamanda Gürcüstanın işğal altındakı ərazilərində humanitar və insan haqları ilə bağlı vəziyyəti müzakirə etdiyi qeyd olunub.

D. Zalkaliani xüsusi nümayəndəyə Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həllinə verdiyi töhfələrə görə təşəkkür edib, Aİ-nin regionda sülh və sabitliyin təşviq edilməsi istiqamətində oynadığı aktiv rolunun vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR