Bank Of Baku

Gürcüstanın yeni Prezidenti mitinqlərdə maska ​​taxmağı qadağan edən qanunu imzalayıb

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili

© APA | Gürcüstan Prezidenti Mixeil Kavelaşvili

# 30 dekabr 2024 08:38 (UTC +04:00)

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska ​​taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.

APA xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.

Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska ​​və ya digər vasitələrlə gizlətmək” qadağandır.

Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.

Qanun dərc edildikdən sonra qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR