Bank Of Baku

Haker qrupu NATO-nun müasir silahları barədə məxfi sənədləri satır

Haker qrupu NATO-nun müasir silahları barədə məxfi sənədləri satır
# 28 avqust 2022 19:00 (UTC +04:00)

Haker qrupu internetdə NATO-nun müasir silahları barədə məxfi sənədlərin satışı ilə məşğuldur.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, sənədlərdə müasir silahlar və NATO-ya üzv ölkələrin Pribaltikada manevrləri barədə məlumatlar var.

Hakerlərə mənzil qərargahı Fransada yerləşən böyük silah istehsalı şirkətinin - “MBDA Missile Systems”-nin sənədlərini əldə etmək müyəssər olub. “MBDA Missile Systems” şirkəti informasiyaların oğurlandığını təsdiqləyib.

Hazırda NATO mütəxəssisləri məlumat sızıntısının masştabını və onun nəticələrini proqnozlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR