Türkiyənin Hatay vilayətində axtarış-xilasetmə əməliyyatları davam edir.
APA-nın zəlzələ bölgəsinə ezam olunan müxbiri Tural Əsədi xəbər verir ki, vilayətin Antakya şəhərinin binalarının böyük əksəriyyəti zəlzələ nəticəsində tamamilə dağılıb.
Şəhərdə xilasetmə əməliyyatları davam edərkən ərazinin dağıntılardan təmizlənməsi də başlayıb.
Antakya şəhərinə ölkənin bir çox vilayətlərindən axtarış-xilasetmə və digər aidiyyatlı qrupları zəlzələnin fəsadlarını aradan qaldlrmaq məqsədi ilə cəlb olunub.
Belə ki, Ankara Bələdiyyəsinin yanğınsöndürənləri son 7 gündə 114 nəfəri dağıntılar altından sağ çıxarıb.
Bundan əlavə, şəhərin bir neçə yerində zəlzələdən zərər çəkənlərin yerləşditilməsi üçün çadır şəhərcikləri qurulub.