Bank Of Baku

Hrant Dinki qətlə yetirən Ogün Samast azadlığa buraxılıb

Hrant Dinki qətlə yetirən Ogün Samast azadlığa buraxılıb
# 16 noyabr 2023 10:07 (UTC +04:00)

Türkiyənin ermənidilli “Agos” qəzetinin baş redaktoru Hrant Dinki qətlə yetirən Ogün Samast şərti azadlığa buraxılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli mətbuat məlumat yayıb.

DHA-nın xəbərinə görə, 16 il 10 aydır həbsxanada olan Samastın bir il əvvəl “yaxşı rəftar səbəbi ilə şərti azadlığa buraxılması” çərçivəsində cəzasının tamamlandığı bildirilib.

Qeyd edək ki, erməni əsilli türkiyəli jurnalist Hrant Dink “Aqos” qəzetinin baş redaktoru olub. O, 19 yanvar 2007-ci ildə İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR