Bank Of Baku

Hulusi Akar Brüsseldə səfərdədir

Hulusi Akar Brüsseldə səfərdədir
# 16 fevral 2022 15:38 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirləri iclasında iştirak etmək üçün Brüsselə səfərə gəlib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı nazirliyin mətbuat katibliyi yayıb.

Qeyd olunub ki, NATO müdafiə nazirlərinin iclasında iştirak edəcək Hulusi Akar təşkilatın Qərargahına gəlib.

Bundan əlavə, nazir Türkiyənin NATO nəzdində daimi nümayəndəliyini də ziyarət edib.

İclasın sessiyalarına qatılmadan əvvəl isə Hulusi Akarın gün ərzində bəzi ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşləri də planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR