Bank Of Baku

Hulusi Akar Ukraynanın müdafiə naziri ilə telefonla danışıb

Hulusi Akar Ukraynanın müdafiə naziri ilə telefonla danışıb
# 30 avqust 2022 21:17 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Reznikov 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə təbriklərini çatdırıb.

Nazir Akar da həmkarına təşəkkür edərək, ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR