Böyük Britaniya kraliçası II Elizabet səhhətinə görə Baş nazir Boris Consonun istefasını Londonda qəbul etməyəcək.
APA-nın xəbərinə görə, bu barədə The Sun nəşri məlumat yayıb.
96 yaşlı kraliça vəzifədən gedən baş naziri Şotlandiyadakı qəsrində qəbul edəcək. O, yeni seçiləcək baş naziri də burada qəbul edəcək.