İki Rusiya vətəndaşı Polşada casusluq ittihamı ilə həbs edilib.
APA xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib.
Nazir qeyd edib ki, Polşa xüsusi xidmət orqanları tərəfindən həbs olunanlar həmçinin "Vaqner" özəl hərbi şirkətinə aid təbliğat materiallarını yaymaqda ittiham olunurlar.
Xatırladaq ki, bir müddət əvvəl Polşa kəşfiyyat orqanları 15 nəfər Rusiya, Belarus və Ukrayna vətəndaşının casusluqda şübhəli bilinərək həbs olunduğu barədə məlumat yaymışdı. Onlar Polşaya aid mühüm infrastruktur obyektlərini, o cümlədən hərbi obyektləri nəzarətdə saxlayıblar, təxribatlar hazırlayıblar.