Bank Of Baku

İranın Berlindəki səfiri Almaniya XİN-ə çağırılıb

İranın Berlindəki səfiri Almaniya XİN-ə çağırılıb
# 15 yanvar 2023 01:56 (UTC +04:00)

Almaniya Xarici İşlər Nazirliyi Britaniya və İran vətəndaşlığı olan şəxsin edam edilməsi fonunda İranın Berlindəki səfirini çağırıb.

APA-nın məlumatına görə, bu barədə diplomatik dairələrdəki mənbələrə istinadən “Spiegel” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu, İran hökumətinin Britaniya üçün casusluqda şübhəli bildiyi Əlirza Əkbərinin edam edilməsi fonunda edilib.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbokun sözlərinə görə, Britaniya-İran vətəndaşının edam edilməsi İran hakimiyyətinin “daha ​​bir qeyri-insani hərəkətidir”.

"Biz britaniyalı dostlarımızın yanındayıq, rejimə qarşı hərəkətlərimizi və İran xalqına dəstəyimizi yaxından əlaqələndirməyə davam edəcəyik", - Berbok deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR