Bank Of Baku

İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”

İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”
# 18 may 2019 12:07 (UTC +04:00)

“Düşmən strateji səhv edərsə, çox peşman olacaq”. 

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam Respublikası Ordusunun Komandanı Əbdürrəhim Musəvi deyib.

Ə. Musəvi İran ordusunun hazırlıq vəziyyətinin yüksək olduğunu bildirib: “Ordu qüvvələrinin hazırlığı, ayıqlığının qorunması və artırılması qaçılmazdır. Çünki bu amil  düşmənin hədələrinin qarşısını alır”.

O qeyd edib ki, İran Silahlı Qüvvələri son illərdə çox önəmli bacarıqlar əldə edib: “İran xalqı əmin olsun ki,  ordu qüvvələri son damla qanlarına kimi  İran İslam Respublikasının milli mənafeyini və təhlükəsizliyini qoruyacaq. İran ordusu həmişə hazırlıq vəziyyətindədir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR