Bank Of Baku

İsfahanda 4 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

İsfahanda 4 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb
# 20 may 2019 13:38 (UTC +04:00)

“İranın İsfahan şəhərində 4 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb, daha 25 nəfər xəstəxanaya yerləşdirilib”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İsfahan Tibb Elmləri üzrə Universitetinin sədri Tahir Çingiz  deyib. 

Onun sözlərinə görə, ölən və zəhərlənənlər arasında qadınlar və 18 yaşlı gənclər də var.

T. Çingiz  bu növ saxta spirtli içkilərin ilk növbədə  böyrəklərə ziyan vurduğunu bildirib: “Hazırda  3 nəfər böyrəyində yaranan problemə görə, dializ olunacaq. Bir neçə nəfərin səhhəti ağırdır, 2 nəfər reanimasiya şöbəsində yatır”.

Onun sözlərinə görə, hazırda  polis  saxta spirtli içki hazırlayan və paylayan şəxslərin axtarışını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR