Bank Of Baku

İspaniya XİN başçısı Kiyevdədir

İspaniya XİN başçısı Kiyevdədir
# 02 noyabr 2022 13:27 (UTC +04:00)

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares Kiyevdə səfərdədir.

APA-nın CNN-ə istinadən xəbərinə görə, məlumatı İspaniya rəsmiləri yayıb.

XİN başçısının Polşadan Ukraynaya gecə qatarı vasitəsilə gəldiyi, səfərin daha öncə gizli saxlanıldığı qeyd olunub.

Məlumatda bildirilib ki, Albares səfər çərçivəsində Ukraynaya xüsusilə də hamilələr üçün nəzərdə tutulan avadanlıqlarla təchiz edilmiş 30 təcili tibbi yardım maşını təqdim edəcək.

Nazir eyni zamanda, Rusiyanın raket zərbələri endirdiyi əraziləri ziyarət edəcək və müharibədə həlak olan ukraynalıların xatirəsini yad edəcək.

Albaresin ukraynalı həmkarı Dmitri Kuleba və Baş nazir Denis Şmıqal ilə görüşləri gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR