Bank Of Baku

İsrail XİN Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb

İsrail XİN Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb
# 23 fevral 2022 17:06 (UTC +04:00)

“İsrail Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, İsrail Ukraynanın şərqində atılan addımlar və vəziyyətin ciddi şəkildə gərginləşməsi ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını bölüşür.

XİN-in bəyanatında qeyd edilib ki, İsrail gərginliyin aradan qaldırılmasında diplomatik həllə ümid edir və tərəflərin istəyəcəyi təqdirdə kömək etməyə hazırdır.

“İsrail Ukraynada yaşayan minlərlə İsrail vətəndaşının və ölkədəki böyük yəhudi icmasının rifahından narahatdır. İsrail Ukraynaya dərhal humanitar yardım göndərməyə hazırdır və bu məsələ ilə bağlı Ukrayna rəsmiləri ilə əlaqədədir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, İsrail Ukrayna və Rusiya arasında gərginliklə bağlı neytral mövqe nümayiş etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR