İstanbulun Güngörən rayonu ərazisində yerləşən tekstil sexində baş verən yanğın nəticəsində 4 əcnəbi işçi həlak olub.
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İstanbul Valiliyi yayıb.
Bundan əlavə, xəsarət alan 6 nəfər xəstəxanaya çatdırılıb. Qeyd olunub ki, ölən şəxslər yanğından qorunmaq üçün sexin tualetinə daxil olmuşdular.