Bank Of Baku

İsveç müdafiə xərclərini 30%-ə qədər artırır

İsveç müdafiə naziri Pol Yonson

© APA | İsveç müdafiə naziri Pol Yonson

# 11 sentyabr 2023 18:36 (UTC +04:00)

İsveç gələn il NATO-nun ÜDM-in 2 faizi hədəfinə çatmaq üçün müdafiə xərclərini artıracaq.
APA İsveç mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazir Pol Yonson mətbuat konfransında deyib.
Müdafiə nazir Yonson bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq gələn il müdafiə xərcləri təxminən 30 faiz artaraq 119 milyard İsveç kronu (11 milyard dollar) çatacaq. Müdafiə büdcəsinin 27 milyard kron (2,26 milyard avro) artacağı qeyd olunub.
Bu artım sayəsində İsveç NATO-nun qarşıya qoyduğu məqsədə çatır, belə ki üzv ölkənin müdafiə büdcəsi ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü hələ Türkiyə və Macarıstan tərəfindən ratifikasiya edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR