İsveçin 8 “Archer” özüyeriyən artilleriya qurğusu (SPQ) Ukraynaya çatdırılıb.
APA xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson "Sveriges" radiostansiyasına müsahibəsində bildirib.
"Bu, əlbəttə ki, ukraynalılar üçün vacibdir, çünki “Archer” sisteminin mobilliyi və dəqiqliyi yaxşıdır", - deyə isveçli nazir bildirib.
Xatırladaq ki, avqustun ortalarında İsveç hökuməti Ukraynaya 314 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin ayrıldığını elan edib.
2022-ci ilin fevral ayından İsveç Ukraynaya dəstək üçün 2,16 milyard dollar ayırıb ki, onun da 1,67 milyard dolları hərbi yardımdır.