Bank Of Baku

İsveç Ukraynaya "Gripen" qırıcıları göndərməyi nəzərdən keçirir

İsveç Ukraynaya "Gripen" qırıcıları göndərməyi nəzərdən keçirir
# 12 sentyabr 2023 16:51 (UTC +04:00)

İsveç Ukraynaya "Gripen" qırıcıları göndərməyi nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə İsveçin ictimai radiosu - SR adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İsveç öz silahlı qüvvələrinə "Gripen" qırıcılarının Ukraynaya əks-hücum əməliyyatı zamanı göndərilib-göndərə bilməyəcəyini araşdırmağı xahiş edəcək. SR bildirib ki, hökumət təhvil-təslimatın ölkənin müdafiə qabiliyyətinə necə təsir edəcəyi barədə məlumat toplayır.

O, həmçinin İsveçin yeni reaktiv təyyarələri nə qədər tez istehsal edə biləcəyini bilmək istəyir.

Mənbə bildirib ki, hökumətdən İsveç ordusuna rəsmi müraciət cümə axşamı (14 sentyabr) günü gələ bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR