Bank Of Baku

İsveçdə bu il silahlı hücumlarda 45 nəfər öldürülüb

İsveçdə bu il silahlı hücumlarda 45 nəfər öldürülüb
# 20 avqust 2022 15:52 (UTC +04:00)

Bu il İsveçdə küçələrdə baş verən silahlı hücumlarda 45 nəfər öldürülüb.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, polisin açıqladığı hesabata görə, bu ilin 8 ayında İsveçdə 251 silahlı hücum həyata keçirilib və bu hadisələr nəticəsində 45 nəfər ölüb, 67 nəfər yaralanıb.

2019-cu ildə 360 nəfər silahlı hücuma məruz qalıb, 45 nəfər ölüb, 126 nəfər yaralanıb. 2020-ci ildə 379 nəfər silahlı hücuma məruz qalıb, 126 nəfər yaralanıb, 47 nəfər həyatını itirib.

2021-ci ildə 344 silahlı hücum nəticəsində 45 nəfər ölüb, 115 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR