Bank Of Baku

İsveçrə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

İsveçrə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
# 17 iyun 2026 01:55 (UTC +04:00)

İsveçrə hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək siyahıya 16 şəxs və yeddi təşkilatı əlavə edib.

APA xəbər verir ki, bu barədə hökumətin yaydığı açıqlamada məlumat verilib.

"15 iyun 2026-cı ildə Federal İqtisadi İşlər, Təhsil və Tədqiqat Nazirliyi Fərmanın 8-ci Əlavəsini (Rusiyaya qarşı sanksiyalar haqqında - red.) dəyişdirib. Əlavəyə on altı yeni şəxs və yeddi yeni təşkilat əlavə edilib", - açıqlamada deyilir.

Sanksiyalar xüsusilə Sevastopol və Rusiyanın digər yeni bölgələrindəki gənclər şöbələrinin rəhbərlərini, müəllimləri və uşaq təşkilatlarının direktorlarını hədəf alıb.

Tədbirlər 16 iyun yerli vaxtla saat 23:00-da qüvvəyə minəcək. Avropa Birliyi müvafiq məhdudiyyətləri 11 may tarixində dərc edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR